hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

“Ermənistanda vəziyyət gərgin mərhələyə keçir” – POLİTOLOQ

“Ermənistanda vəziyyət gərgin mərhələyə keçir” – POLİTOLOQ

“Ermənistanda siyasi-hərbi vəziyyət növbəti dəfə gərgin mərhələyə keçir”.

Cebhe.info-nun xəbərinə görə, bunu MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Baş nazir Nikol Paşinyan onun istefasını tələb edən generallara qarşı cinayət işi açdıraraq ordudan xaric edib, həbs etdirməyi planlaşdırır:

“Paşinyan sabiq Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərdikdən sonra, onunla birgə istefa bəyannaməsinə imza atan generallara “dəyməyəcəyi” mesajını yeni Baş Qərargah rəisi Artak Davityan vasitəsilə çatdırmışdı. Təbii ki, bu, Paşinyanın manevri idi.

Demək olar ki, ordu korpus komandirləri Paşinyanın istefasını tələb edən imzaya malikdirlər. Paşinyan prosesləri nəzarətə aldıqdan sonra, onları orduda saxlamağı özünün hakimiyyətinə qarşı təhlükə hesab edir. Paşinyanın istefasını tələb edən və orduda əsas vəzifələrdə olan bu generallar Rusiyaya və Köçəryana bağlı şəxslərdir. Ona görə də onları zərərləşdirmək Paşinyanın strateji planındadır. Onları orduda saxlamaq Koçəryan və Rusiyanın generallarını saxlmaqdır”.

Politoloq qeyd edib ki, onların orduda qalması Paşinyanın islahatarına mane olacaq:

“Xüsusilə həmin generallar Azərbaycanla əlaqələrin normallaşdırılmasına qarşı çıxacaq və Zəngəzur dəhlizinin açılmasını sabotaj edəcəklər. Ona görə də Paşinyan bu generalları ordudan təmizləməklə, qarşısında olan maneləri aradan qaldıracaq. Bununla həmçinin Rusiyanın orduda mövqeyini zəiflədəcək.

Paşinyan genralları ordudan uzaqlaşdırmaqla özünün hakimiyyətini gücləndirəcək. Birinci, ona qarşı çıxan genaralları çıxarmaqla hərbi çevriliş cəhdinin təkararlanmsının qarşını alır. İkinci, Rusiya və “Qarabağ klanı”nın ordu ilə əlaqəsini kəsir. Üçüncü, orduda revanşizmin qarşısını alır və ordunu yenidən komplektləşdirir. Dördüncü, Azərbaycanla normallaşma əlaqələrinə və Zəngəzur dəhlizinə maneəni aradan qaldırır. Məhz Zəngilan istiqamətində Azərbaycana qarşı atəş həyata keçirən Rusiyaya bağlı bu generalllardır.

Əgər, Paşinyan onun istefasını tələb edən generalları ordudan uzaqlaşdırmasa, onun hakimiyyətinə və aparcağı islahlatlara təhlükə qalacaq. Ona görə də Baş Qəraragah rəisinin birinci müavinindən başlayaraq prosesə start verib. Növbə digər generallara çatacaq”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 3367