hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

“Ət yenə bahalaşacaq” - Ekspertdən bədbin PROQNOZ

“Ət yenə bahalaşacaq” - Ekspertdən bədbin PROQNOZ

2019-cu ilin 7 ayı ərzində Azərbaycana xaricdən 43 milyon 329 min dollar dəyərində 28 min 804 ton ət idxal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı miqdar ifadəsində 12,1%, dəyər ifadəsində isə 14,5% artıb.

2018-ci ilin 7 ayı ərzində Azərbaycana xaricdən 37 milyon 827 min dollar dəyərində 25 min 687 ton ət idxal olunub.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, adətən yay aylarında ətə olan təlabat azalır:

“Hava isti olduğu üçün insanlar ətdən az istifadə edir. Buna baxmayaraq qiymətlər artır. Digər tərəfdən isə idxal artır. Ona görə ki, ölkədə istehsal olunan ət tələbatı ödəmir. Əvvəlki illərlə müqayisədə ət istehsal çox aşağı düşüb, qıtlıqdır. Məhz ətin qiymətinin bahalaşması onun istehsalının azalması ilə birbaşa əlaqəlidir. Yay aylarında ətin idxalı, qiyməti sabit qalırsa və ya artırsa, demək bazarı təmin edəcək qədər ət yoxdur”.

Ekspert xatırladıb ki, 2-3 ildir ki, fermaları uçurdub yerinə pambıq və başqa məhsullar əkirlər:

“Bunun nəticəsində fermer öz işini dəyişib heyvan satışı ilə məşğul olmağa başlayıb. Bu isə bahalaşmaya təsir edən amildir. Hesab edirəm ki, payız-qış mövsümündə ətin qiyməti qalxacaq. Bunun nəticəsində idxal bir qədər də artacaq. Hazırda ölkədə ətə tələb çoxdur, təklif isə azdır. Ət istehsalı son 2 ildə aşırı dərəcədə azalıb”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 4599