hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“Everton”un sabiq hücumçusu “Qarabağ”da

“Everton”un sabiq hücumçusu “Qarabağ”da

“Qarabağ” yay fasiləsində dördüncü transferini reallaşdırıb və Seneqal əsilli fransalı hücumçu Maqaye Qeyeni heyətinə daxil edib.

Cebhe.info bildirir ki, o, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib. 29 yaşlı forvardın son iş yeri isə Türkiyənin "Osmanlıspor" klubu olub.

Futbolçu, həmçinin Fransanın yeniyetmələrdən və Seneqalın gənclərdən ibarət yığma komandalarında oynamağa da vaxt tapıb.

Maqaye Qeye ilə tezliklə müqavilə bağlanılacağı gözlənilir.

Cebhe.info


Oxunma sayı: 804