hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Fərdi tikililər sənədləşdirilmədiyi üçün büdcə yox, hansısa məmurun cibi dolur”- DEPUTATDAN TƏKLİF

“Fərdi tikililər sənədləşdirilmədiyi üçün büdcə yox, hansısa məmurun cibi dolur”- DEPUTATDAN TƏKLİF

“Bizə hesabat aydın, səlis təqim olundu. Hesabatı yüksək səviyyədə təqdim etdiyi üçün Novruz Məmmədova təşəkkür edirəm”.

Cebhe.info xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin plenar iclasında hökumətin 2018-ci il hesabatına münasibət bildirərkən deyib.

E.Axundova təklif edib ki, fərdi tikililərin sənədləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlansın:

“Bakı və ətraf regionlarda olan yaşayış məntəqələrində tikilən evlərə aid heç bir sənəd yoxdur. Kommunal vergilər ödənilsə də, heç bir torpaq, ev vergisi ödənilmir. Ancaq sənədlər verilsə, həmin vergilər birbaşa dövlət büdcəsinə gedər. İndi isə hansısa məmurun cibinə gedir. Həmin tikikilər sənədləşdirilmədiyi üçün büdcə yox, hansısa məmurun cibi dolur. Digər bir problem isə əlillərin işsizlik məsələsi ilə bağlıdır. Baxmayaraq ki, qurumlarda bununla bağlı kvota tətbiq olunur, amma əllilərin işə götürülməməsi üçün əllərindən gələnləri edirlər. Bu da əllilərin işlə təmin olunması məsələsində ciddi problemlər yaradır”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2335