hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Fransa səfirinə təcili nota verilməldir” - Partiya sədri

“Fransa səfirinə təcili nota verilməldir” - Partiya sədri

Bir sıra Fransa şəhərləri, bölgələri və bələdiyyələri tərəfindən Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin tanınmasına dair qərar qəbul edilib.

Bu rejim Ermənistan tərəfindən yalnız özünün Azərbaycana qarşı təcavüzünün, Azərbaycan ərazilərinin işğalının və dinc azərbaycanlı əhalinin etnik təmizlənməsinin nəticələrini ört-basdır etmək məqsədi ilə yaradılıb. Ermənistanın özünün belə tanımaqdan imtina etdiyi bu qondarma rejimi nədənsə Fransa kimi həmsədr dövlət tanımaqda maraqlı görünür. Fransanın Dağlıq Qarabağdakı qondarma rejimi tanıması birbaşa beynəlxalq hüququn pozulması və Azərbaycanın ərazi bütövlüyünə qəsddir.

Bu isə mövcud və gələcəkdə inkişaf etdiriləcəyi nəzərdə tutulan Fransa-Azərbaycan münasibətlərinə kökündən zərbə vurmaq deməkdir.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, Fransa bu bölgədə atdığı yanlış addımlara görə, Azərbaycanla əlaqələrini itirməklə Cənubi Qafqazda özünü pis vəziyyətə qoyur:

“Fransa ermənipərəst mövqeyi ilə seçilir. Çünki orada erməni lobbisi güclü formada fəaliyyət göstərir. Amerikada da güclü erməni lobbisi var, lakin Fransada daha güclüdür. Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə təkcə Ermənistanı deyil, onun havadarılarını da məğlub etdi. İndi Fransa kimi bir sıra dövlətlər çıxacaq ki, Ermənistanın müharibədə itirdiklərini kompensasiya etsin. Azərbaycanın Fransa ilə geniş iqtisadi əlaqələri var. Faktiki “Total” şirkəti Azərbaycanda pul qazanır. Hətta Azərbaycan Fransada yerləşən müzeylərin təmirini həyata keçirib. Yəni Fransa ilə əlaqələrə biz bu qədər hörmət edirik. Fransa Senatının Dağlıq Qarabağda qondarma qurumu tanımaq üçün heç bir hüquqi əsası yoxdur. Amma Fransa bu bölgədə Azərbaycanla əlaqələri itirməklə Cənubi Qafqazda özünü pis vəziyyət qoyur. Hesab edirəm ki, bizim hakimiyyət Fransanın bu addımına qarşı ciddi etirazlar etməli və mövqe nümayiş etdirməlidir. Əks halda, bu tip başağrıdıcı hadisələr çox olacaq”.

Partiya sədri hesab edir ki, Fransanın Azərbaycandakı səfiri çağırılmalı və xəbərdarlıq edilməlidir:

“Birbaşa etiraz edilməli və Fransanın buradakı səfiri çağırılmalı, ona nota verilməlidir. Eyni zamanda, siyasi təşkilatlar, QHT-lər, media qurumları bu istiqamətdə ciddi fəaliyyətə keçməlidir. Fransa dünyanın ən müstəmləkəçi dövlətidir. Hazırda 14 Afrika ölkəsi Fransanın müstəmləkəsi altındadır. Buradan gələn gəlir də Fransanın dövlət büdcəsinin 50 fazini təşkil edir. Hər ay bu ölkələrdən Fransa büdcəsinə təqribən 500 milyard dollar vəsait daxil olur. Fransanın demokratiya sahəsində elə bir imici yoxdur. Fransa Prezidenti Emmanuel Makron da qlobal maliyyənin hakimiyyətə gətirdiyi adamdır. Ermənistanın Baş naziri Nikol Paşinyan da qlobal maliyyənin - Corc Sorosun hakimiyyətə gətirdiyi şəxsdir. Yəni bunlar vahid mərkəzdən idarə olunduğu üçün bir-birlərini daha yaxşı müdafiə etməyə çalışırlar”.

E.Musayev hesab edir ki, bütün təhlükəsizlik məsələləri baxımından dekabrın 1-dək diqqətli olmalıyıq:

“Fransa özünü bölgədə böyük güc kimi göstərmək istəyir. O, Liviyada və Aralıq dənizi məsələsində də Türkiyəyə uduzdu. Bu məğlubiyyəti kompensasiya etmək üçün Dağlıq Qarabağda müəyyən hərəkətlər etməyə çalışdı. Rusiya problemin həllində iştirakçı olub, öz sülhməramlılarını Azərbaycan ərazisində yerləşdirdi. Belə olan təqdirdə Fransa kənarda qaldı. Ona görə də çapalayır. Bunun üçün müxtəlif provakasiyaların olacağı gözləniləndir. Çünki müharibənin birinci fazası başa çatıb. Dekabrın 1-dək ehtiyatlı olmalıyıq. Ayrı-ayrı ölkə və bölgələrdən, o cümlədən Fransadan müxtəlif təxribatlar ola bilər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2047

Bizim Telegram səhifəmizi izləyin