hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“Fransaya nota verilməlidir” – EKSPERT

“Fransaya nota verilməlidir” – EKSPERT

“Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan arasında vasitəçilik missiyasını həyata keçirən ölkədir. Vasitəçi dövlət olaraq ilk növbədə işğal olunmuş Azərbaycan ərazilərinə parlamentarilərinin və rəsmilərinin səfərlərinin qarşısını almalı və münaqişənin həllində işğalçı ölkəyə stimul verməməlidir”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bir neçə Fransa parlamentariləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək burada qondarma rejimin nümayəndələri ilə görüş keçirir:

“Rəsmi Bakı Fransaya nota verməli, belə səfərlərin qarşısını almaq üçün qətiyyətli bir siyasət ortaya qoymağını tələb etməlidir. Fransa parlamentarilərinin Qarabağa qanunsuz səfərləri onsuz da qondarma rejimin tanınmasına gətirib çıxarmayacaq. Sadəcə, bu rəsmi Parisin ikili standartlardan yanaşmasının nəticəsidir. İşğal olunmuş ərazilərə humanitar və qeyri-qanuni səfərlərin təşkil edən ölkələrə qarşı rəsmi Bakı prinsipial olmalıdır”.

Politoloq əlavə edib ki, üç həmsədr ölkənin parlamentariləri mütəmadi işğal olunmuş ərazilərə səfər edir:

“Azərbaycan üç həmsədr ölkəyə belə səfərlərə imkan verilməməsini tələb etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransanın ölkəmizdəki səfirini nazirliyə çağırıb öz etirazını bildirməlidir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1376