hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

“Gözəllik qurbanları” niyə artır? - “Tibbi göstəriş yoxdursa,  belə əməliyyatlara getmək mənasızdır” - Ekspert 

“Gözəllik qurbanları” niyə artır? - “Tibbi göstəriş yoxdursa,  belə əməliyyatlara getmək mənasızdır” - Ekspert 

“Liposaksiya əməliyyatından sonra daha bir xanım həyatını itirib. Plastik cərrahların sayı durmadan artır və ya ümumi cərrahlar daha çox plastik əməliyyatlara meyl edir, çünki tələb var”.

Cebhe.info xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, dünyanın hər yerində bu tip əməliyyatlarda ölümcül ağırlaşmalar bəzən qaçılmaz olur:

“Gözəllik qurban tələb edir kimi bir şablon ifadə var, olsun, amma həyatı bahasına yox... Hər bir xalqın özünün mental dəyərləri var. Bu bədən quruluşuna da aiddir. Milli mətbəxin xüsusiyyətləri, həyat tərzi, iş, mənzil şəraiti və s. Avropalıların həyat tərzini, istəklərini gözüyumulu kopyalamamalıyıq! Təbiətin yaratdığına kobud müdaxilə faciə ilə də nəticələnir. Çox vaxt həkimin xəbərdarlığına baxmayaraq pasiyent "olmaz"ı "olar" elətdirmək istəyir. Obyektivlik naminə deyim ki, həkimin pasiyenti məcbur etdiyi hallar da var. Hər halda sağlamlığına görə hər kəs özü məsuliyyət daşıyır! Tibbi göstəriş yoxdursa, gözəl görünmək naminə belə əməliyyatlara getmək mənasızdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 661