hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Güney Azərbaycan daim diqqət mərkəzində olmalıdır” - Ehtiram Mehtiyev

“Güney Azərbaycan daim diqqət mərkəzində olmalıdır” - Ehtiram Mehtiyev

Son vaxtlar İranın hakim molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı repressiyaları gücləndirib.

Mehdi Kuxiyan, Siyamək Mirzayi, Səhənd Məali və dünən isə Abbas Lisani həbs edilib. Onlara qarşı həbsxanada təzyiqlər gücləndirilib. Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib. Hökmə əsasən, o, 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzd şəhərinə sürgün cəzasına məhkum olunub.

Azərbaycan Respublikasında Güney Azərbaycan Milli Hərəkatına yetərincə dəstək varmıə Bu dəstəyi artırmaq üçün nə etmək lazımdırə

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev Cebhe.info-ya açıqlamasında deyib ki, Cənubi Azərbaycan məsələsi daim ölkəmizin siyasi cameəsinin diqqət mərkəzində olmalıdır:

“AXCP daima Cənubi Azərbaycan məsələsini diqqətdə saxlayıb və vaxtaşırı AXCP sədri Razi bəy orada yaşayan soydaşlarımızın problemlərini qaldırıb. Hazırda İranda Azərbaycan türklərinə qarşı diskriminasiya siyasəti həyata keçirilir. İran konstitusiyasında təsbit edilən ən zəruri təməl haqları tanınmır. Abbas Lisani bu gün Cənubi Azərbaycanın azadlıq simvoludur. Ona qarşı Tehran rejiminin ədalətsiz qərarı Azərbaycan türklərinə qarşı mədəni soyqırımdır. Biz partiya olaraq daim Abbas Lisanini dəstəkləyir və onun tez azadlığa çıxmasını tələb edirik”.

E.Mehtiyev deyib ki, ictimai-siyasi təşkilatlar, milli fəallar vaxtaşırı Güney Azərbaycandakı milli hərəkata dəstək nümayiş etdirirlər:

“Bu gün İranın ölkəmizdəki səfirliyinin qarşısında bu kimi problemlərlə bağlı lokal etirazlar edilir və plakatlar qaldırılır və qətnamələr səfirliyə təqdim edilir. Azərbaycan xalqı güneyli soydaşlarımız problemlərinə seyrçi qalmır. Mətbuat vasitəsi ilə bu məsələni qaldırır, etiraz edir. Siyasilər də susmur. Hesab edirəm ki, bundan sonrakı proseslərdə daha da aktiv olmalı, Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən petisiya hazırlanmalıdır”.

Aydın
Cebhe.info


Oxunma sayı: 2124