hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

“Gürcüstan həm işğala məruz qalanla, həm də işğalçıyla dost olmaq istəyir” - RƏY

“Gürcüstan həm işğala məruz qalanla, həm də işğalçıyla dost olmaq istəyir” - RƏY

“Gürcüstanın Baş naziri Qeorqi Qaxariya oktyabrın 9-da Bakıda oldu və Prezident İlham Əliyevlə görüşdü. Bundan bir neçə gün sonra, yəni oktyabrın 15-də Gürcüstanın Baş naziri İrəvanda oldu. Qaxaria birinci Azərbaycana gəldi. Bu, o deməkdir ki, Gürcüstan Azərbaycanı əsas strateji tərəfdaşı hesab edir”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan daha torpaqla bağlı heç kimə güzəştə getməyəcək:

“İlham Əliyev də Qaxariya ilə görüşdə buna diqqət çəkdi: “Siz Baş nazir kimi ilk xarici səfərinizi Azərbaycana etdiniz. Bu, bizi olduqca məmnun edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan Gürcüstan üçün çox önəmli və ən yaxın tərəfdaşlardan biridir. Bizim üçün də Gürcüstan ən yaxın tərəfdaşdır və ən yaxın ölkələrdən biridir”.

Azərbaycan və Gürcüstan qarşılıqlı olaraq beynəlxalq təşkilatlarda bir-birilərinin ərazi bütövlüklərini dəstəkləyir və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər.

Qaxariyanın İlham Əliyevə dediyi sözlər də diqqət çəkirdi: “Azərbaycana ilk səfəri ona görə etdim ki, düşmənə və dosta sübut edək, Azərbaycan və Gürcüstan arasında heç bir həll olunmayan məsələ yoxdur və ola bilməz”.

Gürcüstan Baş nazirinin “düşmən” dediyi ölkə məlumdur. Gürcüstanın Baş nazirinin “həll olunmayan məsələ yoxdur” fikri də bəllidir. Eyni sözləri keçən həftə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili jurnalistlərə açıqlamasında dedi: “Mən inanıram ki, Azərbaycanla Gürcüstan arasında həll edilməsi mümkün olmayan məsələ yoxdur”.

Azərbaycan Sərhəd Qoşunları Xidməti Gürcüstanla sərhəddi gücləndirir. Sərhəddəki “Keşikçidağ”ın ətrafında yeni əsgər yataqxanalar quruldu. Mümkündür ki, bu Gürcüstandakı müəyyən millətçi dairələri narahat etdi. Rəsmi Bakı sərhəd məsələsinin danışıqlar yolu ilə həllinə tərəfdardır. Tbilisi də bunu istəyir. Ketevan Tsixelaşvili də “Keşikçidağ” məsələsinin iki ölkə arasında müzakirələr və dialoq yolu ilə yaxşı qonşuluq əlaqələri çərçivəsində həllini tapacağına ümid etdiyini bildirib.

Buna baxmayaraq, Tbilisi məsələnin mürəkkəb olduğunu da bildirir. Komissiya işləyir. Yekun qərar yoxdur. Ancaq danışıqlar intensivləşib. Tbilisi və Bakı hazırkı formatın çox effektiv və məhsuldar olduğu qənaətindədir. Ancaq Tbilisidə onu da bilməlidirlər ki, Azərbaycan daha torpaqla bağlı heç kimə güzəştə getməyəcək. Daha bəsdir.

Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı Qaxariya ilə görüşündə yenə reklama üstünlük verdi. İki ölkə arasındakı iqtisadi əlaqələrin yerində saymasına baxmayaraq, Paşinyan Gürcüstanla “strateji hədəflərə” çatacağına inandığını dedi”.

Cebhe.info


Oxunma sayı: 1277