hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Gürcüstanda növbədənkənar seçki olacaq, Saakaşvili geri dönəcək...” – Politoloq

“Gürcüstanda növbədənkənar seçki olacaq, Saakaşvili geri dönəcək...” – Politoloq

“Gürcüstanda baş verən etiraz aksiyaları davam edir. İyunun 20-də Parlamentlərarası Pravoslav Asambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Asambleyası zamanı asambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib.

Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.

Xatırladaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvili də Belarusa rəsmi səfərini yarıda dayandıraraq Tbilisiyə qaydıb. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze də Azərbaycana rəsmi səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdaraq istefa verib.

Maraqlıdır, Gürcüstanda yaşanan hadisələr nə ilə nəticələnəcəkə

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında Gürcüstanda baş verən proseslərin ölkədə yeni seçkilərin keçirilməsinə səbəb olacağını deyib:

“Gürcüstanda baş verən etiraz aksiyası "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyasının Rusiya siyasətinə qarşıdır. Hakimiyyəti idarə edən oliqarx B.İvanişvili əleyhinə yönələ biləcək etiraz, ölkədə yeni seçkilərin keçirilməsinə gətirə bilər.

M.Saakaşvilinin lideri olduğu partiyanın seçkilərdə qalib gəlmək şansı var. Bugünkü gürcü cəmiyyəti prezidentin və hökumətin işğalçı Rusiya ilə bağlı loyal planları əks effekt verdi. Baş verənlər ölkədə yeni inqilaba gətirə bilər.

Hesab edirəm ki, etiraz aksiyaları mövcud sistemin dəyişməsinə gətirəcək. B.İvanişvili təslim olmaq istəməyəcək. Rusiya gürcü xalqını iqtisadi sanksiyalarla cəzalandıracaq. Moskva ilə əlaqələrin bərpasına çalışan B.İvanişvilinin siyasi fiaskosu mümkündür. Saakaşvili etiraz aksiyalarında tələb edilərsə, ölkəyə qayıda bilər, amma iqtidara gəlməyəcək”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1838