hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“Gürcüstanı "Boz kardinal" idarə edir” - RƏY

“Gürcüstanı "Boz kardinal" idarə edir” - RƏY

Gürcüstanın sabiq daxili işlər naziri Georgi Qaxaria baş nazir təyin edilib. 

Cebhe.info xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə bu məsələyə münasibət bildirib. 

Politoloq qeyd edib ki, yeni baş nazir Gürcüstan cəmiyyəti tərəfindən birmənalı qəbul edilmir:

““Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri "Boz kardinal" Bidzina İvanişvili tərəfindən bu kürsüyə gətirilən Georgi Qaxaria gürcü cəmiyyətinin iradəsinə qarşı atılan addım oldu.

Bir ay bundan əvvəl Tiflis küçələri məhz Qaxarianın istefası ilə çalxalanırdı. İvanişvili bununla göstərdi ki, o xalqın etirazlarına məhəl qoymur və Kremlin göstərişini yerinə yetirir.

Yeni baş nazir ölkədə müsbətə doğru hər hansı bir islahatlar keçirə bilməyəcək. Onun mesajları sadəcə söz yığınağıdı. Ölkəni faktiki B.İvanişvili idarə edir. Yeni baş nazirin Azərbaycanla əlaqələrinə gəldikdə isə münasibətləri əvvəlki kimi soyuq məcrada davam etdirəcək. Müsbət irəliləyişə doğru əlaqələr olmayacaq. Çünki sistem anti-Azərbaycan qüvvələrindən ibarətdir.

İvanişvilinin bu seçimi onun xalq tərəfindən daha da nüfuzdan düşürəcək və növbəti seçkilərdə onun şansını sıfıra yaxınlaşdıracaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1156