hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

“Geniş formatlı dialoqa və real islahatlara ehtiyac var” - Politoloq

“Geniş formatlı dialoqa və real islahatlara ehtiyac var” - Politoloq

“İqtidarla müxalifət dialoqu imitasiya olmamalı və real dəyişiklilər gətirməlidir. Ümumiyyətlə, bu cür  dəyirmi masaların təşkilinə daim ehtiyac var. Belə görüşlərdə, dilaloqlarda fərq qoyulmamalı, qeydiyyatlı və qeydiyyatsız partiya məsələsində ayrı-seçkilik edilməməlidir. Keçirilən bu dəyirmi masa sadəcə xaricdə yaşayan  söyüş mühacirlərinə qarşı təşkil edilmişdi”. 

Cebhe.info xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə danışıb. Politoloq gələn il keçiriləcək parlament seçkilərindən də söz açıb və bildirib ki, Avropa İttifaqı ilə çərçivə sazişi tezləşdirilməlidir: 

“Xaricdə formalaşmış söyüş müxalifətinin fəaliyyəti dövlətçiliyimizə və cəmiyyətimizə böyük zərbədir. Hətta söyüş müxalifətinin işində separatizmi və dözümsüzlüyü təbliğ edənlər də artıq var. Belə formatlarda bir olmalı, cəmiyyət onlara qarşı yekdilliyini qoruyub saxlamalıdır. İqtidar mütləq şəkildə müxalifətlə geniş formatda dialoqlara getməli, seçki məcəlləsində dəyişikliklər etməli və demokratik təsisatları inkişaf etdirməlidir. Yoxsa hazırkı durumda belə dialoqların müsbət nəticəsi olmayacaq. Gələn il parlament seçkiləri keçiriləcək. Avropa İttifaqı ilə çərçivə sazişi tezləşdirilməli, proporsional seçki sistemi tətbiq edilməli və islahatlara başlanmalıdır. Regionumuzda dəyişikliklər sürətlə gedir. Azərbaycan regionun açar dövlətidir. Vətəndaş cəmiyyətinin inkişafına nail olmaq lazımdır. Ermənistanın xüsusi xidmət orqanları ölkəmizdə və xaricdə olan bəzi fəal gənclərimizi müəyyən təşkilatlar vasitəsi ilə öz orbitinə çəkə bilir. Bununla da demokratiya və siyasi azadlıqlar adı altında dövlətçiliyimizə qarşı gəlirlər, torpaqlarımızın ilhaqı ilə barışırlar. Çox təhlükəli bir dönəmə qədəm qoyuruq. Ona görə də iqtidar müxalifətlə milli məsələlərdə bir olmalı, imitasiya etməməli və islahatlarla ölkənin inkişafına töhfə verməlidir ki, xarici təhlükələrin qarşısı alınsın”. 

Cebhe.info


Oxunma sayı: 947