hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0547
  • NEFT - 63.84
  • clouds-weather

“Google” Avstraliyani təhdid etdi

“Google” Avstraliyani təhdid etdi

“Google” şirkəti Avstraliyani təhdid edib.

Cebhe.info xəbər verir ki, buna səbəb Avtraliyanın “Google”-la bağlı irəli sürdüyü təklif olub.

Belə ki, Avstraliya dünyada ilk dəfə olaraq, “Google”, “Facebook” kimi şirkətlərin bu platformalarda xəbər yerləşdirən media qurumlarına ödəniş etməsini təklif edib.

Bunun qarşılığında isə Amerika şirkəti platformalardakı “axtarış” xidmətini bu ölkədə ləğv edəcəyi ilə cavab verib. Avstraliyanın Baş naziri Skott Morrison isə bu “təhdidlər”ə boyun əyməyəcəyini bildirib.

Avstraliya “Google”-un ən böyük bazarından kənarda qalmasına baxmayaraq, belə hesab edir ki, bu yolla hökümətlər böyük texnologiya şirkətlərinə “düzəliş” edə bilər.

“Google” şirkətinin Avstraliyadakı direktoru isə bunu mümkün ola bilməyəcəyini söyləyib.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 1332