hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Google” Solovyovun kanallarını bağlayıb – Mövqe

“Google” Solovyovun kanallarını bağlayıb – Mövqe

“Bir neçə gün öncə “Google” şirkəti tanınmış Rusiya jurnalisti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan Vladimir Solovyova qarşı məhdudiyyətlər tətbiq edib”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib:
“Belə ki, onun “Соловьёв LIVE” “YouTube” kanalı oktyabr ayından başlayaraq “Trendlər” bölməsində görümür, izləyiciləri yeni videolar haqqında məlumatlar ala bilmir və s. Kanalın sahibi Solovyov bununla bağlı bir neçə dəfə şikayətlənmişdi.

Maraqlıdır, jurnalistə qarşı olan bu addım Rusiya hökuməti Rusiya KİV-lərinə qarşı senzura olaraq dəyərləndirib. “Roskomnadzor” bununla bağlı “Google” şirkətinə rəsmi etiraz bildirib və məhdudiyyətin götürülməsini tələb edib. Rusiya hökuməti daha dərinə gedərək “YouTube”, “Facebook” və “Twitter”in bloklanmasını planlaşdırır. Belə ki, bu günlərdə Dövlət Dumasına bu məsələləri tənzimləyən qanun layihəsi təqdim edilib”.
Ekspert deyir ki, layihədə Rusiya jurnalistlərinə və KİV-lərinə, xüsusilə “Russia Today”, "РИА Новости", "Крым 24" və s. qarşı senzura, məhdudiyyət tətbiq edən, Rusiya vətəndaşlarının əsas hüquq və azadlıqlarını məhdudlaşdıran qlobal resurslar üçün xüsusi status müəyyən olunması nəzərdə tutulub:

“Bu status adıçəkilən qlobal resurslara Rusiya Prokurorluğu tərəfindən təyin ediləcək. Onlara xəbərdarlıq, cərimə və Rusiya ərazisində bloklanma tətbiqi nəzərdə tutulur. Ümumiyyətlə, son zamanlar Rusiyada qlobal resurslara qarşı kəskin konservativ münasibət sərgilənir. Rusiyada qadağan olunan resurslar siyahısında qlobal resurslardakı müxtəlif materiallarla bağlı minlərlə linklər var. Amma bu cür qadağaların, bloklanmağın uğurlu olacağı da şübhə doğurur. “Google”-dan, hətta “YouTube”-dən dəfələrə kiçik platforma olan “Telegram”a qarşı Rusiya hökumətinin mübarizəsinin uğursuzluğu yaddan çıxmayıb. Təkcə bir “Telegram”a qoyulan blokirovka az qaldı ki, “RuNet”i çökdürsün. Belə olan halda Android üzərində “oturan” milyonlarla Rusiya vətəndaşlarına qarşı, bütün sahələrə inteqrasiya olunan “Google” qarşı mübarizənin hansı nəticələrə gətirib çıxaracağını indidən proqnozlaşdırmaq olar. Yeri gəlmişkən, qlobal resurslar qadağaları yalnız Rusiyaya tətbiq etmir.
ABŞ Prezidenti Donald Tramp da onların əlindən “qan ağlayır”. Bəlkə də onun prezident seçkilərində uğursuzluğuna elə qlobal resurslara, qlobal mediaya qarşı apardığı mübarizə daha çox rol oynayıb.

Bu yaxınlarda “Twitter” bizim Xarici İşlər naziri Ceyhun Bayramovun və Prezidentin köməkçisi Hikmət Hacıyevin də hesablarını bloklamışdı. Çoxsaylı mürciətlərdən sonra artıq məhdudiyyətlər aradan qaldırılıb”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1629

Bizim Telegram səhifəmizi izləyin