hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

“GreenCard" lotereyasındakı saxtakarlıq - RƏSMİ AÇIQLAMA

“GreenCard" lotereyasındakı saxtakarlıq - RƏSMİ AÇIQLAMA

“May ayının əvvəlində bəzi şəxslərə saxta e-mail göndərilib. Yəni, müraciət edən şəxslərin qalib olduğu iddia olunur və ödəniş edilməsi tələb olunur. Bu e-maillər tamamilə saxtadır. Bunun nə bizim şirkət, nə də ki, ABŞ dövlətilə heç bir əlaqəsi yoxdur”. 

Cebhe.info xəbər verir ki, bununla bağlı “GreenCard" Azərbaycan şirkəti məlumat yayıb.

“Son günlərdə olan paylaşımlarda şirkətin də adı hallanır. Şirkətimiz özəl şirkətdir və heç bir ABŞ səfirliyi və ABŞ dövlətilə birbaşa çalışmırq və belə bir şeyi heç vaxt iddia etməmişik (ümumiyyətlə ABŞ səfirliyi heç bir yerli şirkətlə əməkdaşlıq etmir). Həmçinin “GreenCard" proqramına müraciət məqsədilə heç kəsə, məlumatlarını almaq üçün müraciət etmirik. Şirkətimiz “GreenCard" proqramı çərçivəsində, özləri könüllü müraciət etmiş müştərilərə xidmət göstərir”, - deyə şirkətin məlumatında bildirilib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 397