hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

“Gürcüstan və Ukraynada ayda 4-5 min dollar maaş alan jurnalistlər tanıyıram” -EKSPERT

“Gürcüstan və Ukraynada ayda 4-5 min dollar maaş alan jurnalistlər tanıyıram” -EKSPERT

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib. Qurumun bazasında Medianın İnkişafı Agentliyi təsis olundu.

Cebhe.info-nun xəbərinə görə, "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yeni qurumun yaradılması ilə bağlı fikirlərini bölüşüb:

"Elə etmək lazımdır ki, yalnız ad dəyişməsin, mahiyyət və dəyərlər də dəyişsin. Müsahibə məqsədilə müxtəlif televiziya kanallarında və redaksiyalarda tez-tez olduğumdan mediamızın və jurnalistlərimizin problemlərini müşahidə edirəm. Bircəciyini yazıram. Azərbaycanda jurnalistlərin maaşları çox aşağıdır. Əlbəttə, demirəm ki, jurnalistikada hamı yüksək maaş almalıdır. Ancaq uzun illər bu sahədə çalışanlar, peşəkar qabiliyyətə malik olanlar özlərinin və ailələrinin tələbatlarını tam ödəməlidirlər, borc içində üzməməlidirlər".

Mərkəz rəhbəri bildirir ki, dünyada qəbul olunub ki, yaxşı jurnalistin maaşı yaxşı vəkilin və ya yaxşı diş həkimin maaşından az olmur:

"Deyiləcək ki, yaxşı maaşın təminatı üçün reklam bazarı olmalıdır. Bunu da yeni yaranan qurum düşünsün və nəhayət ki, mediaya reklam axınını təşkil etsin. Yaxşı yadımdadır, 1998-ci ilə qədər mediaya reklam axını var idi, bunun sayəsində çalışdığım qəzetdə ən çox qonorar alan jurnalistlərdən idim. Azərbaycandan iqtisadi baxımdan zəif olan Gürcüstanda və Ukraynada ayda 4-5 min dollar ekvivalentində maaş alan jurnalistlər tanıyıram. Bizdə peşəkar jurnalistlər az deyil, onlar da yüksək maaşlara layiqdirlər. Bu, mediada və jurnalistlər arasında sağlam rəqabəti də gücləndirər".

Xatirə

Cebhe.info


Oxunma sayı: 1453

Bizim Telegram səhifəmizi izləyin