hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

“Hüquq sistemi deyəndə tifillər fəryad edir” – AÇIQLAMA

“Hüquq sistemi deyəndə tifillər fəryad edir” – AÇIQLAMA

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətləri Azərbaycanda biznes üçün riskləri açıqlayıb. 

Rəyi soruşulanların 68 faizi bazarın qeyri-müəyyən istiqamətdə inkişafını, 61 faizi bürokratiyanı, 57 faizi korrupsiyanı, 53 faizi ixtisaslı kadr çatışmazlığını, 46  faizi isə inflyasiyanı risk kimi göstəriblər (Bir neçə cavab seçmək mümkün olub).

Tək cavab seçmək şərti ilə rəyi soruşulan şirkətlərin 17 faizi vergi sistemində şəffaflığın artırılmasını, 16 faizi gömrük sistemində şəffaflığın artırılmasını, 13 faizi təhsil sisteminin onların tələblərinə uyğunlaşdırılmasını, 13 faizi hüquq sistemində şəffaflığın təmin edilməsini, 11 faizi isə maliyyə sektorunda şəffaflığın və sabitliyin gücləndirilməsini istəyiblər.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, bazarın qeyri-müəyyən istiqamətdə inkişafı deyəndə Avropa İttifaqı şirkətləri üstüörtülü şəkildə bu məmləkətdə biznes layihələrinin neftin qiymətindən asılı olduğunu qeyd ediblər:

“Neft baha olan kimi, dövlət xərcləri artır, xarici şirkətlərin də gəlirləri yüksəlir, qiymət düşsə onlar da batırlar. Bürokratiya və korrupsiya - sistem problemidir, birbaşa idarəetməyə bağlıdır. Kadr çatışmamazlığı - təhsil sistemi zəifdir deməkdir, amma bu təhsilin problemi deyil. Yaxşı kadr = azad və rəqabətli iqtisadiyyat - bu formul ölkədə işləmir deyə, təhsil zaydır. Vergi və gömrük sahəsi ölkənin xroniki xəstəliyidir və əsas səbəb yenə idarəetmə sistemi və hökumətin hər iki sahənin fəlsəfəsini, missiyasını anlamamasından irəli gəlir. Hüquq sistemi deyəndə tifillər fəryad edir ki, ölkədə ədalətli məhkəmə yoxdur, halbuki hələ onlara yönəlik ölkədə bir az mədəni davranırlar”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 485