hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

“Haqqı olan evi almaq üçün 5000 AZN rüşvət verib” – DEPUTAT

“Haqqı olan evi almaq üçün 5000 AZN rüşvət verib” – DEPUTAT

“Prezidentin ehtiyat fondundan pullar ayrılırdı ki, əlilləri, tam imkansızları və çarəsizləri evlə təmin etsinlər. Təəssüf edirəm ki, əvvəlki rəhbərlik və digər əli kirli vəzifəli şəxslər o evləri də pul ilə satıblar, rüşvət müqabilində aidiyyatsız şəxslərə veriblər, yaxud elə almağa haqqı olanlardan rüşvət alıb veriblər”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, bəziləri isə onlara aid olanı almaq üçün rüşvət versə də, yenə evsiz qalıblar:

“Belə şəxslərdən biri də İmişli rayonu, Çaxırlı kənd sakini, birinci qrup əlil Ağayeva Məlahət Yaqub qızıdır. Dəhşətli yanğın nəticəsində birinci qrup əlilə çevrilib. Haqqı olan evi almaq üçün 5000 AZN rüşvət verib.

2011-ci ildən ev növbəsinə durub. İnşallah, görək necə həll olunacaq. O qədər qanunsuzluqlar olub ki, onları təmizləmək və həll etmək üçün xeyli zaman lazımdır, bir də iradə. Amma onu bilirəm ki, bu ailə evi almalıdır.

Bir də, vəzifəli şəxslərin vurduqları ziyan və qaytarılan məbləğ haqqında cəmiyyətə müfəssəl məlumat verilməlidir. Bilinmir ki, nə qədər ziyan vurub, nə qədəri qaytarılıb. Mütləq şəkildə alınan rüşvətlər da sahibinə geri qaytarılmalıdır. Başqa cür, hüququ cəmiyyəti necə yarada biləcəyik?”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2168