hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

“Hara yazırlarsa, surətini mənə göndərirlər” - Razi Nurullayev seçici məktublarından yazdı

“Hara yazırlarsa, surətini mənə göndərirlər” - Razi Nurullayev seçici məktublarından yazdı

“Əslində, bunu paylaşmağı doğru saymıram. Sadəcə bəzi məktublar məndə xoş ovqat yaratdı deyə, ürəyimdən paylaşmaq keçdi. Sadəcə, bu gün o qədər məktub gəlib ki, köməkçilərimlə birlikdə (rayonda oturan köməkçim Vuqar Suleymanov da gəlib bu gün, Ehtiram Mehdiyev də elə mənimlə hər gün bu vəziyyətdə işləyir) hamısını oxuduq, bəzisi doğrudan da insan faciəsi, bəzisi haqlı tələblər, bəzisi cəsur insanların mübarizəsi, bəzisi isə bir az əyləncəlidir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev özünün “Facebook” səhifəsində paylaşıb.

“Elə şikayətlər olur ki, istər-istəməz əhvalın düzəlir, gülürsən, əhval-ruhiyyə qalxır. Vətəndaşdır, nə yazır qəbulumuzdur, amma hərdən düşünürsən ki, bu qədər əziyyət çəkib yazıb, amma kömək edə bilməyəcəksən. Nə qədər zənglər etdik, nə qədər məsələ həllini tapdı. Dövlət orqanlarından bəzi məktublar da almışıq ki, problemlər həll edilib, ya da ediləcək. Bir məsələni də deyim, maraqlı olsun. Belə çıxır ki, kim hansı dövlət qurumuna, yüksək vəzifəli şəxsə məktub yazırsa, "surəti Milli Məclisin deputatı Razi Nurullayevə" də yazır. Elə bil ki, ölkədə Dövlət ictimai nəzarət komitəsi yaradılıb, mən də rəhbəri təyin olunmuşam”, - deyə deputatın paylaşımında qeyd olunur.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1222