hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Heç kəs vətəni müdafiə etmək hüququndan məhrum edilə bilməz” – RƏY

“Heç kəs vətəni müdafiə etmək hüququndan məhrum edilə bilməz” – RƏY

“Mükəlləfiyyəti olan şəxslər müvafiq quruma rəsmi olaraq müraciət edib könüllü olaraq orduda xidmət etmək istəyirlərsə burada qanunsuz heç nə yoxdur və alqışlanmalıdır”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib:

“Ölkə Prezidenti də bunu çox düz qeyd etdi ki, kim istəyirsə müraciət etsin və zərurət olanda onların müraciətinə baxılacaq. Zərurət isə ümumi və ya qismən səfərbərlik elan olunada yarana bilər. Bu məsələlər "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanunla tənzimlənir.

Vətəni müdafiə borcdur (Konstitusiyanın 76-cı maddəsi). Bununla belə heç kəs vətəni müdafiə etmək hüququndan məhrum edilə bilməz. Məsələn, qismən səfərbərlik elan olunarkən bütün mükəlləfiyyətlilərə çağırış gəlmir. Bu zaman şəxs özü könüllü müraciət edə bilər.

Sosial şəbəkələrdə könüllü müraciətin qanunsuz olmasını yazanlar var. Fikrimcə, tam səhvdir. İnsanlar müraciət edir. Prezidentin qeyd etdiyi kimi zərurət olarsa, (ümumi və ya qismən səfərbərlik elan olunarsa) həmin şəxslərin müraciətlərinə baxılacaq.

Bu halda insanlar iradəsini ifadə edir və burada hər şey Konstitusiyaya və müvafiq qanunlara tam uyğundur. Həm də bu mənəvi bir məsələdir. Ön cəbhədə olanlar görür ki, qardaşları (bacıları) onlarla bir yerdə çiyin-çiyinə döyüşməyə hazırdır”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 8438

Bizim Telegram səhifəmizi izləyin