hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Heç kimdə bayram əhval-ruhiyyəsi yoxdur” - Tanınmış həkim yeni dərs ilindən yazdı

“Heç kimdə bayram əhval-ruhiyyəsi yoxdur” - Tanınmış həkim yeni dərs ilindən yazdı

“Onsuz da təhsilimiz arzu olunan səviyyədə deyil. Pandemiya da bütün ənənələri alt-üst etdi”.

Cebhe.info xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev özünün “Facebook” səhifəsində qeyd edib.

Həkimin sözlərinə görə, 15 sentyabr – Bilik günü ilə bağlı ən yadda qalan xatirə və fotolar bu sosial şəkədə əks olunurdu:

“Bilik günü! “Facebook”da ən yaxşı gün 15 sentyabr olardı. Bu il yoxdur. Nə ağlayan, nə gülən, nə sevinən, nə də kədərlənən fidanlar. Həyəcanlı valideynlər çox az gözə dəyir. Xüsusilə, birincilərin xatirəsində nə qalacaq? Bayram əhval-ruhiyyəsi yoxdur! Amma çox pessimist olmayaq. Təki balalarımız sağlam olsun! Təki bu bəladan sağ-salamat çıxaq. Hamıya uğurlar! Müəllimlərə, valideynlərə, uşaqlara uğur arzu edirəm!”

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 5358

Bizim Telegram səhifəmizi izləyin