hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

“Hər dəfə "çeynəmək" üçün təzə "saqqız" verirlər, biz də çeynəyirik” - Ekspert

“Hər dəfə "çeynəmək" üçün təzə "saqqız" verirlər, biz də çeynəyirik” - Ekspert

"Dünyanın gündəmi yaxın günlərdə baş tutacaq Ekoloji Sammitdir, ciddi qərarlar alınması gözlənilir".

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O qeyd edib ki, AB-nin gündəmi Rusiya ilə münasibətlərin yeni təməllər üzərinə qurulması, Moskva üçün çərçivələrin müəyyən edilməsi, Avropanın gələcək taleyidir:

"Çinin gündəmi 6G-yə keçid, yoxsulluğun tam ləğvi, iqtisadi yüksəliş üçün idarəetmə dəyişikliyi hazırlığıdır. Rusiyanın gündəmi Putinin dünənki çıxışı, Navalnı tərəfdarlarının mitinqi, bu gün baş tutacaq Putin-Lukaşenko görüşüdür. Azərbaycanın gündəmə qoca marazmatik birinin axmaq hərəkətidir.

Beləcə yaşayırıq, toplum olaraq bizi ciddi mövzulardan kənarlaşdırıb hər dəfə "çeynəmək" üçün təzə "saqqız" verirlər, biz də çeynəyirik. Və ən pisi budur ki, istənilən olaya münasibət dəyərlər, prinsiplər üzərindən deyil də, şəxslərə münasibət üzərindən müzakirə edilir".

Cebhe.info


Oxunma sayı: 1035