hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Hər kəs Ankaranın gördüyü təhdidləri görmür” - Mark Esper

“Hər kəs Ankaranın gördüyü təhdidləri görmür” - Mark Esper

ABŞ-ın müdafiə naziri Mark Esper NATO-nun zirvə görüşündən əvvəl “Reuters” xəbər agentliyinə açıqlama verib.

Cebhe.info xəbər verir ki, Esper açıqlamasında Türkiyəyə müraciət edib.

O, Ankaradan Polşa və Baltikyanı ölkələrə tətbiq olunacaq müdafiə planlarını əngəlləməməyi tələb edib. Bununla yanaşı nazir terror təşkilatı olan YPG-nin terrorçu kimi tanınmasını dəstəkləmədiyini deyib:

“Proseslər daha əhəmiyyətli mövzulara köklənməli olduğumuzu göstərir. Heç kim Türkiyənin gündəminə uyğunlaşmaq istəmir. Hər kəs Ankaranın gördüyü təhdidləri görmür”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 540