hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

“Hər kəsin arzusudur ki, idarəçilik təkmilləşsin” - Razi Nurullayev kadr islahatlarından yazdı

“Hər kəsin arzusudur ki, idarəçilik təkmilləşsin” - Razi Nurullayev kadr islahatlarından yazdı

Azərbaycanda kadr islahatları davam edir. 

Bu gün Prezident İlham Əliyevin sərəncamları ilə mühüm postlara təyinatlar olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev özünün “Facebook” statusunda yazıb ki, atılan addımların uğurlu olacağına ümid edir:

“Prezident İlham Əliyev doğru bildiyi və perspektivinə inandığı addımlar atır. Bizim bilmədiyimiz çox məsələ var. Arzu edirəm ki, cənab Prezidentin atdığı addımlar, etdiyi dəyişikliklər ölkədə demokratik, hüquqi, hər kəsi razı salan cəmiyyət quruculuğuna töhfə versin. Təkrar edirəm ki, biz çox az məlumatlıyıq. Prezident onlarla məsləhətçilərlə əhatə olunub və nə etdiyini gözəl bilir.

Bizə isə "Uğurlu olsun, təki vətəndaşlarımız daha gözəl yaşasın, ədalət daha çox olsun, özbaşınalıq daha az olsun, kiçik padşahlıqlar ləğv edilsin" demək düşür”. 

AXCP sədri qeyd edib ki, xalqın rihafı naminə atılan bütün addımlara münasibət birmənalıdır: 

“Hər kəsin arzusudur ki, ölkəmiz çiçəklənsin, yeni iş yerləri yaradılsın, əmək haqları yüksəlsin və idarəçilik təkmilləşsin.

Bu gün bir yazı yazdım və qeyd etdim ki, dövlət vəzifəlisi nə edir etsin, o ölkə rəhbərinin adına yazılır. Pisi də, yaxşısı da. Amerika Trampla, Rusiya Putinlə, Azərbaycan İlham Əliyevlə. Hər vəzifəli şəxs gərək bunu unutmasın! Ölkədə sivil müxalifətlə iqtidar arasında körpüyə, barışığa və xalq üçün birgə çalışmağa ehtiyac var. İnanıram ki, bu sahəyə də nizam-tərəzi gələcək. Biz bunu gözləyirik!”

Aydın

Cebhe.info


Oxunma sayı: 1761