hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

“Hər reysdə koronavirus testi müsbət çıxanlarla qarşılaşırıq” - AZAL-dan AÇIQLAMA

“Hər reysdə koronavirus testi müsbət çıxanlarla qarşılaşırıq” - AZAL-dan AÇIQLAMA

AZAL-ın karantin müddətində xüsusi və çarter reyslərlə azərbaycanlıları Türkiyədən gətirməsi iyunun 29-dan etibarən mütəmadi davam etdirilir.

Belə ki, qardaş dövlətlə qarşılıqlı olaraq həftədə iki dəfə xüsusi reyslər təşkil olunur. Xüsusi reyslər zamanı vətəndaşlar COVID-19 testindən keçirlər. Daha əvvəldə də məlumat vermişdik ki, AZAL test nəticəsi müsbət çıxan vətəndaşların təyyarəyə buraxılmayacaqlarını və onların bilet pullarının özlərinə qaytarılacağını bildirib.

Maraqlıdır, AZAL-ın təşkil etdiyi aviareyslər zamanı belə vətəndaşlara rast gəlinibmi?

Cebhe.info-ya açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski sözügedən vəziyyətlə hər reysdə qarşılaşdıqlarını bildirib:

“Demək olar ki, təşkil olunan hər reysdə koronavirus testi pozitiv çıxan vətəndaşlarla qarşılaşırıq. Onlara daha əvvəl də təyyarəyə buraxılmayacaqları haqqında məlumat veririk. Test nəticəsi müsbət çıxan vətəndaşların biletlərinin pulları tam şəkildə və cəriməsiz qaytarılır. Çünki onlar təyyarəyə buraxılmır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3180