t “Həzi Aslanov” metrostansiyasının eskalatoru sökülür
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

“Həzi Aslanov” metrostansiyasının eskalatoru sökülür

“Həzi Aslanov” metrostansiyasının eskalatoru sökülür

“Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata əsasən, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Bildirilir ki, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Eskalatorun yenidən istismara verilməsi may ayına planlaşdırılır. Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Cebhe.info


Oxunma sayı: 1618