hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“III Dünya Müharibəsi məhz bu səbəbdən baş verəcək” – Açıqlama

“III Dünya Müharibəsi məhz bu səbəbdən baş verəcək” – Açıqlama

Dünya əhalisinin 25 faizə yaxını aşırı yüksək su stresi olan 17 ölkədə yaşayır, bu ölkələrdə su kranı istənilən vaxt quruya bilər. 

Ümumdünya Resurslar İnstitutu dünyanın su riski atlasını yayıb. Qurum bəyan edir ki, dünyanın 17 ölkəsində ildə ortalama olaraq “kənd təsərrüfatı, sənaye və bələdiyyələr mümkün yerüstü və yeraltı suyun 80 faizini çəkirlər”

17 ölkə Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, Birləşmiş Ərəb Əmirlikləri, San Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvanadır.

Daha 27 ölkə isə “yüksək su stresi” yaşayan ölkələrdir. Özbəkistan, Əfqanıstan, Ermənistan, Qırğızıstan bu ölkələr içindədir.

Azərbaycan isə ortasəviyyəli su stressi olan ölkələrdəndir. Bu sırada Tacikistan, Şimali Makedoniya, Bolqarıstan, Qazaxıstan da yer alıb.

AMEA-nın Həsən Əliyev adına Çoğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan içməli su problemi olan ölkələrdən biridir: 

“Mərkəzi Kəşfiyyat İdarəsinin ötən il yaydığı açıqlamada 39 ölkənin adı çəkilib. Orada Azərbaycan yüksək yerlərdən birini tutur. Amma bu o demək deyil hazırda bizə su çatmır. Bu gün ölkədə olan su bizə çatar, bircə şərtlə ki, ondan səmərəli istifadə edək”.

Ramiz Məmmədov deyir ki, İsrailin suyu Azərbaycandan bir neçə dəfə az olsa da, burada su qıtlığı hiss olunmur: “Orta Asiya ölkələrində də su qıtdır. Onlarda su üstündə davalar olur. Ümumiyyətlə hətta belə bir fikir var ki, III Dünya Müharibəsi su qıtlığı ucbatından baş verəcək”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1475