hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

“İkinci dalğa başladı” - Səhiyyə nazirindən xəbərdarlıq:Hələlik dünyada İLK

“İkinci dalğa başladı” - Səhiyyə nazirindən xəbərdarlıq:Hələlik dünyada İLK

"Biz koronavirusun ikinci dalğasının başlanğıcındayıq, buna görə yeni məhdudiyyətlər qoymalıyıq”.

Cebhe. info xəbər verir ki, bunu İsrailin səhiyyə naziri Yuli Edelşteyn özünün “Twitter” hesabında təşkil etdiyi mətbuat konfransında deyib. Nazir İsraildə COVID-19-un ikinci dalğasının başladığını elan edib.

"Məhdudiyyətlər konfransları, şadlıq evləri və yəhudi ibadət yerlərini əhatə edəcək",- deyə nazir əlavə edib.

Qərarların iqtisadiyyatdakı və səhiyyə sistemindəki ehtiyacları nəzərə alaraq verildiyini vurğulayan Edelşteyn təlimatlara əməl edilmədiyi təqdirdə açıq yerləri bağlamağa məcbur olacaqlarını bildirib.

İsrail Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində koronavirus səbəbiylə 1 nəfər ölüb, 218 yeni yoluxma halı aşkarlanıb. Cümə axşamı günü 668 yolxuma sayı ölkədə "24 saat ərzində aşkar edilmiş ən çox COVID-19-a yoluxma halı" kimi qeydə alınıb.

Tünzalə
Cebhe. info


Oxunma sayı: 3631