hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

“İmamoğlunun şansı çox yüksəkdir” - AKP-yə yaxın yazardan ETİRAFLAR

“İmamoğlunun şansı çox yüksəkdir” - AKP-yə yaxın yazardan ETİRAFLAR

İyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu ilə yarışacaq. 

Qeyd edək ki, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində Əkrəm İmamoğlu 13 min səs üstünlüyü ilə qalib gəlib. Lakin Yüksək Seçim Kurulu (YSK) AKP-nin şikayətinə əsasən seçkinin nəticələrini ləğv edib. Hazırda seçkiqabağı təşviqat kampaniyası davam edir. Müxtəlif sorğu şirkətləri namizədlərin reytinqini açıqlayır. Maraqlıdır ki, bu sorğuların əksəriyyətində Əkrəm İmamoğlu öndədir. Hətta AKP-yə yaxın sorğu mərkəzlərinin keçirdiyi sorğularda da CHP-nin namizədi birincidir. Siyasi ekspertlər, hətta AKP-yə yaxın yazarlar belə Binəli Yıldırımın şansının az olduğunu bildirir. 

Türkiyənin tanınmış yazarlarından biri, “Habertürk” portalının rəhbəri Fatih Altaylının son köşə yazısı 23 iyun seçkilərinə həsr olunub. Hakim partiyaya yaxınlığı ilə seçilən yazar İmamoğlunun daha şanslı olduğunu bildirir. İmamoğlunun bütün sorğularda öndə olduğunu vurğulayan F.Altaylı hesab edir ki, Binəli Yıldırımın canlı teledebat təklifini qəbul etməsi də bununla bağlıdır: “İmamoğlu öndədir. Bunu 5 müxtəlif şirkətin keçirdiyi sorğunun nəticələri də göstərir. 17 ildir rəqibləri ilə teledebata çıxmağa lüzum görməyən AKP-nin debata razılıq verməsi də bununla bağlıdır”.

Aydın
Cebhe.info


Oxunma sayı: 749