hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“İnsanları keyfiyyətsiz çörək öldürür” iddiası QALMAQAL YARATDI

“İnsanları keyfiyyətsiz çörək öldürür” iddiası QALMAQAL YARATDI

Statistik məlumata görə, Azərbaycanda orta ömür müddəti hazırda olduqca yüksəlib. 

Məsələyə münasibət bildirən həkim-terapevt Rasif Bağırov isə əksinə, Azərbaycanda ömür müddətində azalmanın müşahidə edildiyini deyib. Ekspert bunda qidanın xüsusi rol oynadığını qeyd edib və bildirib ki, bu qidalardan biri çörəkdir. Çörək Azərbaycanda dördüncü sort buğda unundan hazırlanır: 

“Orta yaş həddinin artması əslində normal qidalanan insanların göstəricisi kimi ortaya çıxır. Mən verilən bu statistika ilə razılaşa bilmirəm. Çünki Azərbaycanda un dördüncü sort buğdadan hazırlanır. Bu unun qida məhsulu kimi istifadəsi problemlər yaradır. Çünki insanlar onu həzm edə bilmir, mədə-bağırsaq sistemi onun həzmində çətinlik törədir. Mədə-bağırsaq xəstəliklərinin artması da məhz çörəyin dördüncü sort buğda unundan hazırlanması ilə əlaqədardır”. 

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, insan sağlamlığına dördüncü sort buğda ununun təsiri olduğunu düşünmür, ümumiyyətlə,bu fikirlə razı deyil. Çörəyin bu undan hazırlandığını müəyyənləşdirmək üçün isə xüsusi araşdırma aparmaq lazımdır: 

“Azərbaycan çörək istehlak etməkdə dünyada birinci yerdə dayanır. Azərbaycanda insanların orta ömür müddətinə çörəyin təsiri var. Ona görə də çörək yeməyi minimuma endirmək lazımdır. Həkimlər dünyada inqilab edirlər. Gələcəkdə insanın ömrü daha da uzanacaq. Böyük epidemiyaların , vəbanın, taunun kökünü kəsirlər. Dəqiq elmlər tibb elminə sirayət etdikcə, həkimlərin inqilabı davam edəcək və insanın ömrü get-gedə artacaq. Lakin insanın sağlamlığına dördüncü sort buğdanın təsiri olduğunu düşünmürəm, bu fikirlə heç də razı deyiləm. Həkim tərəfindən deyilən və elmi tədqiqata əsaslanmayan bu fikir doğru olmaya bilər. Bu, elmi tədqiqatın nəticəsi ola bilər. Bunu elə-belə demək olmaz. Əgər müəyyən elmi iş, araşdırma aparılıbsa , razı olaram. Bu, akademik jurnalda çap olunubsa, qəbul etmək olar. Əlbəttə, sağlamlığa pis unun , qidanın təsiri ola bilər. Lakin bunu məhz dördüncü sort buğda ununun təsiri ilə əlaqələndirmək olmaz”. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 2718