hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

“İnstagram” hesabını silmək istəyənlər: BU XƏBƏRİ OXUYUN!

“İnstagram” hesabını silmək istəyənlər: BU XƏBƏRİ OXUYUN!

2010-cu ilin martında yaradılan və aprel ayında “App Store”da istifadəyə verilən “İnstagram” qısa müddət ərzində milyonlarla insanın istifadə etdiyi platformaya çevrildi.

2012-ci ildə Mark Zuckerberg tərəfindən alınan sosial media platforması ardıcıl yeniliklər sayəsində istifadəçi bazasını xeyli artırdı. Hazırda dünyada ən çox istifadə olunan sosial şəbəkə statusuna sahibdir.

İstifadəçilərin sayı gündən-günə artsa da, bəzi insanlar “İnstagram”ın hesabının müxtəlif səbəblərdən dondurulmasını istəyir. Tətbiqdə “İnstagram” dondurma bağlantısı olmadığından, bu prosesin necə edildiyi maraqlıdır.

Cebhe.info xəbər verir ki, şirkət bununla bağlı yeni proqram istifadəyə verib. Hiperlink şəklində olan tətbiq vasitəsilə “İnstagram” hesabını müvəqqəti dondurmaq, birdəfəlik silmək və ya bağlamaq mümkün olacaq. Hələlik bütün istifadəçilər üçün əlçatan olmasa da, şirkətin qısa zamanda bu tətbiqi daha da asanlaşdıracağı gözlənilir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 672