t “İnterpol”un sabiq rəhbərinə 13 il 6 ay həbs cəzası verildi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

“İnterpol”un sabiq rəhbərinə 13 il 6 ay həbs cəzası verildi

“İnterpol”un sabiq rəhbərinə 13 il 6 ay həbs cəzası verildi

Rüşvət almaqda ittiham olunan “İnterpol”un sabiq rəhbəri Men Xunveya Çində məhkəmənin qərarı ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Qərardan apellyasiya şikayəti verilməyib.

Qeyd edək ki, 2018-ci il sentyabrın 29-dan sonra Çində olan M. Xunveya ilə əlaqə kəsilib və Fransa hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Çin hakimiyyəti isə bəyan edib ki, M. Xunveya rüşvət almaqda şübhəli sayıldığı üçün saxlanılıb. M. Xunveya ötən il iyunun 20-də məhkəmədə 2 milyon dollar rüşvət aldığını etiraf edib. “İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı və iki övladı  mayın 2-də Fransada siyasi sığınacaq alıb/APA.

Cebhe.info


Oxunma sayı: 705