hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“iPhone 11 Pro” almaq üçün hansı ölkədə nə qədər işləmək lazımdır? - Azərbaycanda 128 gün 3 saat - SİYAHI

“iPhone 11 Pro” almaq üçün hansı ölkədə nə qədər işləmək lazımdır? - Azərbaycanda 128 gün 3 saat - SİYAHI

"Apple" şirkəti “iPhone 11 Pro” seriyasının satış qiymətlərini rəsmi olaraq elan etdikdən sonra “Picodi” şirkəti maraqlı bir araşdırma aparıb. 

Cebhe.info xəbər verir ki, şirkət sözügedən seriyanın alınması üçün hansı ölkədə nə qədər işləmək lazım olduğunu araşdırıb. Araşdırma “Apple”nin elan etdiyi rəsmi satış qiymətlərinə əsaslanır. Araşdırmaya qatılan bütün iştirakçı ölkələrdə rəsmi satış qiymətlərinə əsaslanan şirkət “iPhone 11 Pro” modelinin 64GB saxlama tutumuna sahib versiyası ilə müqayisə etdiyini açıqlayıb. Şirkət orta aylıq əməkhaqlarını ölkələrin rəsmi qurumlarından və ya statistika səhifələrindən alındığını bildirib. Eyni zamanda yaşayış xərclərinin aparılan hesablamalara daxil edilmədiyinə diqqət çəkib. Yəni bütün əməkhaqqının ayrıldığına işarə edir. Aşağıda göstərilən vaxtlar iş günlərini (21 iş günü 1 ay) təmsil edir. 

- Bir türk “iPhone 11 Pro” 64 GB almaq üçün ortalama 89 gün 1 saat işləmək məcburiyyətindədir. Keçən il türklər ekvivalent bir model əldə etmək üçün daha 6 gün 7 saat, yəni 95 gün 7 saat işləməli olublar. Türklərin orta aylıq gəliri 2.593 TL-dir. 

- Anketə daxil olan ölkələr arasında ən çox işləmək məcburiyyətində olanlar  Ukraynada yaşayanlardır. Ukraynalı “iPhone 11 Pro” 64 GB almaq üçün ortalama 96 gün 7 saat çalışmalıdır. Başqa sözlə, yeni modeli əldə etmək üçün orta hesabla bir ukraynalı üç aydan çox işləməlidir. 

- Tədqiqata daxil olan ölkələr arasında ən az çalışmalı olan ölkə İsveçrədir.

Bir isveçrəlinin yeni modeli əldə etməsi üçün bir həftə işləməsi kifayətdir, yəni 4 gün 8 saat. 

- Yunanıstanda ortalama bir vətəndaşın yeni model alması üçün işləməsi tələb olunan müddət 27 gün 7 saat hesablanıb. 

- Çində orta hesabla bir vətəndaşın yeni modelə sahib olması üçün işləməsi tələb olan vaxt 30 gün 4 saatdır.

- Səudiyyə Ərəbistanında bir vətəndaşın yeni model ala bilməsi üçün ortalama 9 gün 1 saat işləməsi lazımdır. 

- Hindistanda bir vətəndaşın yeni model alması üçün orta hesabla 66 gün 7 saat işləməsi gərəkdir. 

- Qeyd edək ki, Azərbaycanın adı siyahıya salınmayıb. Amma ölkəmizdə orta aylıq əməkhaqqının 520 manat olduğunu nəzərə alsaq, bir azərbaycanlının “iPhone 11 Pro” 64 GB alması üçün ortalama 128 gün 3 saat işləməsi lazımdır. 

Məlumat üçün bildirək ki, bu modelin Azərbaycanda satışı 3 200 manatdır.

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 2300