hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“İqtidar bütün müxalifətlə masa arxasında oturmalıdır”- AXCP sözçüsü

“İqtidar bütün müxalifətlə masa arxasında oturmalıdır”- AXCP sözçüsü

“Nəhayət ki, iqtidarın müxalifətlə dialoqa getməsi müsbət haldır. Biz illərdir bunun vacibliyini vurğulayırıq. Amma danışıqlara sadəcə qeydiyyatdan keçmiş partiyaların dəvət edilməsi ədalətsizlikdir. Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil”. 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev dünən baş tutan “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda Bakıda keçirilən dəyirmi masaya münasibət bildirərkən deyib. 

V.Qarayev hesab edir ki, bu format müsbət nəticə verməyəcək:

“Hökumət yetkililəri danışıqları kağızla, möhürlə, imzayla yox, canlı insanlarla aparmalıdır. Müxalifət xalqın təmsilçisidir və xalq, müxalifət kağızdan, möhürdən ibarət deyil. Bir iş görürsünüzsə, yarımçıq etməyin, bir dəfə də səmimi olun. AXCP-ni qeydiyyatdan keçmədiyinə görə çağırmayan da hökumətdir, qeydiyyata almayan da. Bu, müxalifətlə dialoq deyil, əskinə, bu, ayrıseçkilik edərək müxalifət arasında onsuz da mövcud problemləri daha da dərinləşdirmək, bir-birlərindən daha da uzaqlaşdırmaqdır. İqtidar bu yanlışı düzəltməli və bütün müxalifətlə masa arxasında oturmalıdır. Bu, dövlətçiliyimizin təhlükəsizliyi, xalqımızın rifahı üçün vacib və zəruridir. Əks halda, bu təşəbbüs heç bir müsbət nəticə verə bilməz”. 

Cebhe.info


Oxunma sayı: 1200