hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“İqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Bakıdan Tehrana gedir” – İran səfiri

“İqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Bakıdan Tehrana gedir” – İran səfiri

Sabah Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana səfər edəcək.

Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabında qeyd edib. O, bildirib ki, nümayəndə heyəti Azərbaycan və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında iştirak edəcək.

Səfirin sözlərinə görə, nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, kənd təsərrüfatı turizmi, bank işi, sığorta və s. sahədə əməkdaşlıq müzakirə olunacaq.

Cebhe.info


Oxunma sayı: 1354