hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“İqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması arzuolunadır” – DEPUTAT

“İqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması arzuolunadır” – DEPUTAT

“Gürcüstanda koronavirusa yoluxanların sayı artmqdadır. Bu gün qonşu ölkədə 196 yeni yoluxma faktı qeydə alınıb. Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur:

“Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan, növbəti mərhələdə də yeni stadartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı.

Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunadır. Bu kontekstdən işləməsinə hələlik icaizə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1695