hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

“İranın bu addım çox gülünc görünür” – EKSPERT

“İranın bu addım çox gülünc görünür” – EKSPERT

İran tezliklə "peyman" adlı kriptovalyutasını dövriyyəyə buraxacaq.

Bunu İran Milli Bankının icraçı direktoru Məhəmməd Rza Hüseynzadə deyib. 

Sözügedən məsələni Cebhe.info-ya şərh edən iqtisadçı-ekspert Razi Abbasbəylinin sözlərinə görə, İranın sanksiyaları önləmək üçün atdığı bu addım çox gülünc görünür:

“Kriptovalyutaların arxasında faktiki olaraq əmtəə dayanmadığına görə, yalnız məhdud bir çevrədə mövcudluğunu qoruyub saxlaya bilirlər. Kriptovalyutaların faktiki olaraq virtual aləmdə ən ciddi problemi güvən problemidir. ABŞ və digər Avropa ölkələrinin buraxdığı kriptovalyutalar belə güvən sahibi deyil, o ki qaldı İranın kriptovalyutası.

İranın bu addımı sadəcə daxilə hesablanmış bir addımdır ki, hansısa ictimai-dini təbliğat mexanizmindən istifadə edərək daxili kriptovalyutadan istifadə edə bilər.
Bu gün İranın birja iştirakçılarının əksəriyyəti Avropada məskunlaşıblar. İranda investisiyaları olanlar belə, dunya birjalarında iştirak edərkən Avropa və Amerikadan qərargah kimi istifadə edirlər. İran bu addımıyla sadəcə, daxilindəki sosial gərginliyi aradan qaldırmağa çalışır”.

Əli Bədirli
Cebhe.info


Oxunma sayı: 1255