t “İrəli” “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planını müzakirəyə çıxardı
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

“İrəli” “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planını müzakirəyə çıxardı

“İrəli” “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planını müzakirəyə çıxardı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili “Könüllülər ili” elan edib. 

Cebhe.info xəbər verir ki, “İrəli” İctimai Birliyinin 2020-ci il üzrə fəaliyyət planı təsdiq olunub. Təşkilatın sədri MirHəsən Seyidov və təşkilati heyət “İrəli”nin fəal üzvləri ilə görüşüb. Görüşdə Birliyin 2020-ci il ərzində gerçəkləşdirməyi nəzərdə tutduğu fəaliyyət planı, həmçinin, “Könüllülər ili” ilə əlaqədar atıla biləcək addımlar müzakirə olunub. Birliyin sədri MirHəsən Seyidov Prezidentin bu ili “Könüllülər İli” elan etməsi qərarının gənclərin sevincinə səbəb olduğunu, bunun ölkə gəncliyinə göstərilən böyük diqqət və qiymətin göstəricisi olduğunu vurğulayıb. Görüşdə həmçinin, gənclərin müasir dövrdə istək və gözləntiləri müzakirə edilib, gənclərin səsləndirdiyi fikirlər qeydə alınıb. 

Eyni zamanda, gənclərin təşəbbüs və təklifləri dinlənilərək, cari il üçün nəzərdə tutulan tədbirlər planına əlavə edilib. Qeyd edək ki, “İrəli” İctimai Birliyi gənclərin ehtiyaclarının müəyyənləşdirilməsi üçün üzvlər və gənc könüllülər ilə bu cür görüşləri mütəmadi olaraq keçirir və gənclərin təşəbbüslərinin dinlənilməsi və onlara dəstək göstərilməsinə xüsusi diqqət ayırır. 

Yeganə
Cebhe.info


Oxunma sayı: 705