hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

“İrəvan da başqa dövlətlərlə üçtərəfli əməkdaşlıq formatı yaratmaq istəyir” – RƏY

“İrəvan da başqa dövlətlərlə üçtərəfli əməkdaşlıq formatı yaratmaq istəyir” – RƏY

“Azərbaycanın qonşu dövlətlərlə yaratdığı müxtəlif üçtərəfli formatlar Ermənistanı narahat edir”. 

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan neçə vaxt idi axtarışdadı və İrəvan da başqa dövlətlərlə üçtərəfli əməkdaşlıq formatı yaratmaq istəyir:

“Məsələn, mayın 8-də İrəvanda Ermənistanın, Yunanıstanın və Kipr Respublikasının xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib. İyunda Kipr Respublikasının paytaxtında xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Yunanıstan və Kipr Respublikası Ermənistanla sıx münasibətlərə malikdirlər.

Sadəcə, Yunanıstan və Kipr Respublikası Ermənistana qonşu dövlətlər deyillər. Bu baxımdan Azərbaycanın qonşu dövlətlərlə iqtisadi və regional layihələr əsasında təsis etdiyi üçtərəfli formatlardan fərqli olaraq Ermənistan-Yunanıstan-Kipr Respublikası arasındakı iqtisadi əməkdaşlığın və birgə layihələrin reallaşdırılması problematikdir. Ona görə də bu formatın yeganə məqsədi siyasidir - Azərbaycana və Türkiyəyə qarşı blok formalaşdırmaqdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 375