hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

“İsgəndər” sirri: Ermənistan raketi necə əldə edib?

“İsgəndər” sirri: Ermənistan raketi necə əldə edib?

“Bir müddət əvvəl Rusiya ilə bağlı məsələləri malalamağa çalışırdıq. İndi buna ehtiyac yoxdur. Necə olur ki, o boyda “İsgəndər-M” raketləri böyük maşınlara yüklənir, o boyda yollarla gətirilir, bütün radarlara düşür, amma Rusiyada heç kimin bundan xəbəri olmur.

Bu ona bənzəyir ki, bizdə biri özünə ev tikir yalnız onun damını vuranda gəlib deyirlər bunu sökmək lazımdır, qanunsuzdur. Çünki bilirlər ki, insan ona xərc çəkib və sökməmək üçün pul ala biləcəklər”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Müsavat TV”-nin canlı yayımında deyib.

Deputat bildirib ki, Rusiya müharibə müddətində Ermənistanı müasir silahlarla təmin edib:

“Rusiyada da müasir “İsgəndər-M” raketləri, hansı ki, ixrac üçün nəzərdə tutulmayıb, Ermənistana daşınıb, hətta bunu Şuşaya atıb Şuşanı dağıtmaq istəyiblər. Həqiqətən də ermənilərin fikri olub ki, o raketləri Suqayıta və Bakıya atsınlar, Gəncəni dağıtsınlar. Necə ola bilər ki, Rusiyanın bundan xəbəri olmayıb? Təəssüflə deyirəm ki, 44 günlük müharibə ərzində Rusiya bir gün belə fasilə vermədən gizli və açıq yollarla Ermənistanı silahlandırıb. Əgər Rusiya Ermənistanı 44 gün ərzində silahlandırmasaydı, o zaman müharibə daha tez Azərbaycanın xeyrinə həll oluna bilərdi”.

Cebhe.info


Oxunma sayı: 518