hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“İsraildə səfirliyimizin açılması mütləqdir” – POLİTOLOQ

“İsraildə səfirliyimizin açılması mütləqdir” – POLİTOLOQ

“Qarabağda müharibəni qalibiyyətlə bitirəndən sonra, İsraildə səfirliyimizin açılması mütləqdir. Ermənistanın İsraildə səfirliyi dekorativdi”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

O bildirib ki, Azərbaycanın İsraildə xüsusilə, Qüdsdə səfirliyinin açılması iki ölkə arasında əlaqələrin inkişafına stimul verəcək:

“Bu gün Azərbaycanın apardığı vətən müharibəsində İsrail Türkiyə kimi Azərbaycanın yanındadır. Ərəb ölkələri İsraillə barışırsa, biz nədən gözləməliyik?!

İranın mövqeyinə gəldikdə, hazırda İran Ermənistana silahların daşınmasında əsas tranzit ölkədir və İranın İsraillə bağlı Azərbaycana nəsə deməsində heç bir haqqı yoxdur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2168

Bizim Telegram səhifəmizi izləyin