hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

“İstedadlı şagirdlər üçün olimpiada məktəbi”: Yeni layihə icra olunur

“İstedadlı şagirdlər üçün olimpiada məktəbi”: Yeni layihə icra olunur

Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biri də Şamaxı rayon Ak.H.Hüseynov adına Çarhan kənd tam orta məktəbində icra edilir.

“Azərbaycan dili və ədəbiyyat fənni üzrə istedadlı şagirdlər üçün olimpiada məktəbi " layihəsinin əsas məqsədi Azərbaycan dili və ədəbiyyat fənni üzrə istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkilidir.

Cebhe.info xəbər verir ki, pandemiya şəraitinin tələblərinə uyğun olaraq layihənin 14.11.2020-ci il tarixdə onlayn təqdimatı keçirilib və təlimlərə start verilib.

Bu təlimlərə Şamaxı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərindən müsabiqə yolu ilə seçilmiş VII və VIII sinif şagirdləri cəlb ediliblər.

Layihənin reallaşmasında iştirak edən komanda üzvləri: layihə rəhbəri Afaq Orucova, ekspertlər- Tofiq Sadıxov və Emin Orucov, peşəkar təlimçilər- Vüqar Adilov və Sənubər Şükürova, psixoloq Süburə Cəbrayılovadır.

Layihə 15.10.2020-15.04.2021-ci il tarixlərini əhatə edəcək.

"Azərbaycan dili və ədəbiyyat fənni üzrə istedadlı şagirdlər üçün olimpiada məktəbi " layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu yaxınlarda Respublika Fənn Olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri açıqlandı. Sevindirici haldır ki, yarımfinal turuna vəsiqə qazananlar içərisində layihədə iştirak edən 8-ci sinif şagirdləri-Xıdırova Nərmin, Salahova Zeynəb Və Nurlan Əzizli də var. Şagirdləri təbrik edir və yüksək nailiyyətlər arzulayırıq!

Cebhe.info


Oxunma sayı: 2839