hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“İstənilən adam 10 milyon əhalini, 10 günə zəhərləyə bilər” - EKSPERT

“İstənilən adam 10 milyon əhalini, 10 günə zəhərləyə bilər” - EKSPERT

Xəbər verildiyi kimi, Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti yoluxmuş tərəvəz, meyvə və giləmeyvələrin Rusiya ərazisinə aparılmasına icazə verməyib.

Belə ki, dövlət sərhədinin Dağıstan hissəsində, Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində, 2019-cu il iyul ayının əvvəlindən Azərbaycandan 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxal olunmasına qadağa qoyulub. Şübhəsiz ki, həmin məhsulların Azərbaycan bazarlarına yol açması ciddi təhlükə yarada bilər.

Görəsən, Rusiyada Azərbaycan məhsullarının ixracına məhdudiyyət qoyulması ölkəmizdə bahalaşmanın qarşısını ala bilərmiə

“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, bunun bazardakı qiymətlərə heç bir təsiri olmayacaq: “Başqa ölkələr öz daxili bazarlarını və əhalinin sağlamlığını qoruyurlar, bizdə isə əksinə. Həmin məhsullar 100 faiz Azərbaycanda realizə olunacaq, bu həcmlər az olduğu üçün qiymətə təsir etməyəcək. Sadəcə, əhali zəhərlənəcək. Bu biabırçı vəziyyətdir, əhalinin sağlamlığına qarşı əsl terrordur. Bizdə istənilən adam istədiyi məhsulu ölkəyə gətirə və 10 milyon əhalini, 10 günə zəhərləyə bilər”.

Xatirə Nəsirova

Cebhe.info


Oxunma sayı: 6051