hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Kafe və restoranların fəaliyyəti bərpa edilə bilər” - Tanınmış həkimdən VACİB TƏKLİFLƏR

“Kafe və restoranların fəaliyyəti bərpa edilə bilər” - Tanınmış həkimdən VACİB TƏKLİFLƏR

Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin tədbirləri nisbətən yumşaldılıb.

SMS-lə icazə ləğv edilib, Abşeron çimərliklərinə girişə icazə verilib.

Cebhe.info-ya açıqlamasında tanınmış həkim Aydın Əliyev karantin qaydalarının bir az da yumşaldılmasını təklif edib.

Onun fikrincə, rayonlara gediş-gəlişə icazə verilməlidir:

“Regionlara sərbəst gediş-gəlişə icazə verilməməsi çimərliklərdə sıxlıq yarada, yoluxma hallarınI artıra bilər. Gəncədən İstanbula uçmaq istəyən şəxs 2-3 gün əvvəldən Bakıya gəlməli, “xüsusi” müəyyən edilmiş klinikalarda test analizi verməli, 2 gün analizin cavabın gözləməli, sonra analizin cavabın götürüb aeroportda təqdim etməlidir. Gəncədə bu analizin verilməsini təmin etmək olmazmı? Çimərliklərə buraxılışı dövlət hesabına aparılmaqla və 1 həftə ərzində qüvvədə olan test-neqativ arayışlarla etmək yoluxma sayına daha ciddi nəzarət etməyə kömək edə bilər. Rayonlardan Bakıya və ya paytaxtdan regionlara gediş gəlişi də dövlət hesabına aparılan və 3 gün ərzində qüvvədə olan test-neqativ arayışları təqdim etməklə təmin etmək olar. Çimərliklərdə işləyən insanların dövlət hesabına test analizlərinin aparılması yoluxma hallarının azalmasına kömək edə bilər”.

A.Əliyev hesab edir ki, koronavirusla mübarizə aparan həkimlərə sosial güzəştlər edilməlidir:

“Koronaviruslu xəstələrin müalicəsində iştirak edərək yoluxub həyatını itirən tibb işçilərinin ailələrinə onların yaşından, ailə tərkibindən asılı olaraq ən azı 10 000-50 000 AZN kompensasiya verilməsi yaxşı olardı. Yoluxmuş tibb işçilərinə verilən artım məvacibin kəsilməsi yanlışdır! Yoluxmuş tibb işçisi həm artım maaş həm də əlavə bülleten pulu alsa daha yaxşı olar.

Covid-19 xəstəliyindən dünyasını dəyişmiş şəxslərin ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün çox ciddi patoloji anatomik müayinələrin aparılması və bu müayinələrin nəticələrinin ciddi təhlili-interpretasiyasının aparılması ölüm hallarının azalmasına kömək edə bilər. Xaricdən dəvət edilmiş həkimlərə veriləcək pulun miqdarı ictimaiyyətə açıqlanmalıdır”.

A.Əliyev hesab edir ki, rayonlara və əksinə Bakıya gediş-gəliş qaydalarına çox boşluqlar var və bu boşluqlar yoluxma sayının artmasına və rüşvətxorluq hallarına səbəb ola bilər.

Onun fikrincə, çimərliklərdə bir-birindən ən azı 2 m məsafəli yerləşən ayrl-ayrı birnəfərlik sanitar qovşaqların və duş kabinlərin quraşdırılması yoluxma hallarını azalda bilər.

İctimai nəqliyyatda sıxlığını azaltmaq üçün də təklif verib. Onun fikrincə, nəqliyyat vasitələrinin sayının artırılmalıdır.

“Bundan başqa əksepidemik qaydalara əməl etmək şərti ilə açıq məkanlarda yerləşən kafe-restoranların fəaliyyətinin bərpa edilməsi yaxşı olar”-deyə, həkim qeyd edib.

Aydın
Cebhe.info


Oxunma sayı: 10484