hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Katolikdən çox katolik olmayın”:Razi Nurullayev Tofiq Yaqubludan danışdı

“Katolikdən çox katolik olmayın”:Razi Nurullayev Tofiq Yaqubludan danışdı

Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib. İclasda Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev həbsdə aclıq aksiyası keçirən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu haqqında fikirlərini bildirib.

Cebhe.info xəbər verir ki, bu barədə R.Nurullayev özünün “Facebook” səhifəsində məlumat verib.

“İclasda etdiyim çıxışı və səsləndirdiyim fikirləri hörmətli media mənsubları yayıb, amma natamam olduğuna görə bəzi fikirlərimi demək istəyirəm. İlk öncə ondan başlayaq ki, Tofiq Yaqublunun azad edilməsində maraqlıyıq. Ümid edirəm ki, bu gün Apellyasiya Məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək. Tofiq Yaqublunun ətrafında yaranan səs-küy, məhkəmə instansiyasının cəmiyyəti narazı salan qərar qəbul etməsi birinci növbədə siyasi qüvvələr arasında çəkişməni, dartışmanı və ittiham əsaslı mülahizələri dərinləşdirib. Bu lazım deyildi. Niyə?

Bu gün Dağlıq Qarabağ ətrafında xalqımızın bilmədiyi ciddi proseslər gedir və belə bir məqamda bütün siyasi qüvvələrin, bütün vətəndaşların və bütün fərqli fikirlərin həmrəyliyinə ehtiyac yaranıb. Bu gün hər kəs Qarabağ üçün canından keçməyə, siyasi ambisiyasından geri çəkilməyə, büdcəni oğurlamaqdan çəkinməyə və dürüst məmur əxlaqı ortaya qoymağa hazır olmalıdır. Kim etmirsə, bizdən deyil!”, - deyə R.Nurullayev bildirib.

Partiya sədri hesab edir ki, həbslə, qorxu yaratmaqla, güc göstərməklə nə tənqidi azaltmaq, nə söyüşü dayandırmaq, nə də etirazları səngitmək olur:

“Bu zaman keçib, indi yeni formata, yeni yanaşmaya və yeni dialoqa ehtiyac var. Dediklərim həm hökumət daxilində köhnə kustar üsullarla hakimiyyətə yarınmaq və faydalanmaq yolunu tutanlara, həm də xaricdə rahat kreslolarda oturub kameralar qarşısında kin-küdurət, nifrət və qanlı inqilablara çağırış edənlərədir.

Köhnə sovet, bolşevik təfəkkürünü yenidən ölkəyə gətirmək və tətbiq etmək dövlətçiliyimizə təhdiddir və hökumət daxilində bu siyasətə dəstək verənlər anlasınlar ki, onlar dövlətə, Prezidentə xidmət etmirlər, əksinə ziyan vurmaqla məşğuldurlar. Katolikdən çox katolik olmayın, lütfən!”

MCP sədri barışmaz müxalif qüvvə adı altında xalqa demokratik mübarizə əvəzinə, söyüş, təhqir və şəxsiyyəti alçaltma dərsi keçənlərin doğru yolda olmadığını deyib:

“Onlar bizdən deyil. Onlar da hakimiyyət daxilində sabotaj yolu tutanlarla bərabər, Azərbaycan insanlarının ləyaqətli yaşayışına, öz taleyinə sahib çıxmasına maneçilik edənlər və düşmən kəsilənlərdir. Hər bir siyasi mübarizənin sonunda aydın görünən bir yol olmalıdır. Siyasət uşaq oyuncağı deyil ki, onunla oynayasan, o saat kimi mürəkkəb bir mexanizmdir ki, gərək başı çıxanlar qurdalasın, həvəskarlar və naşılar yox”.

Aydın
Cebhe.info


Oxunma sayı: 2905