hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“Kim mənə “türk” desə vuracam...” - Köçəryann məhkəməsində qalmaqal

“Kim mənə “türk” desə vuracam...” - Köçəryann məhkəməsində qalmaqal

Yerevan məhkəməsi qarşısında ötən gün eks-prezident Robert Köçəryanın tərəfdarları ilə əleydarları arasında baş vermiş qarşıdurmanın yeni təfərrüatları məlum olub.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Köçəryanın tərəfdarları ona “cinayətkar” deyən aksiya iştirakçısını yerə yıxıb döyüblər, ayağını sındırıblar. Həmin adamı döyənlər tutulub.

Daha sonra Köçəryanın iki tərəfdarı-“Milli barış” partiyasının sədri Aram Arutyunyanı və Narek Mantaşyan adlı bir nəfəri də tutublar. Məlum olub ki, onlar məhkəmənin qarşısında Köçəryanın cəzalandırılması tələbi ilə keçirilən piketə qatılan yaşlı qadını döyüblər.

 

“O qadın məni “türk” adlandırdı və (Ermənistanda azərbaycanlılar haqda “türk” ifadəsi işlədirlər,-red.) uşağıma qarğış elədi, mən də vurdum. Mən Levon Ter-Petrosyanın və Nikol Paşinyanın dayaqlarına zərbə vurdum. Etiraf edirəm ki, kim mənə “türk” desə vuracam”,-Arutyunya saxlanılarkən deyib.

Onun sözlərinə görə, hazırda Levon Ter-Petrosyanla Robert Köçəryan arasında qarşıdurma gedir, Nikol artıq oyundan çıxıb. “Bu gün torpaqların verilməsi uğrunda mübarizə gedir. Biz qalxmalı və qəhrəmanları əclaf adlandırıb lənətləyən kim varsa hamısını təpikləməliyik”,-partiya sədri deyib.

Arutyunyan əlavə edib ki, ona hansı cəzanın veriləcəyindən narahat deyil. Arutyunyanın döydüyü qadının da saxlanıldığı bildirilir.

Cebhe.info


Oxunma sayı: 628