hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

“Kimsə qanunsuz tikinti aparanlara dur deyə biləcəkmi?” – Ekspertdən ETİRAZ

“Kimsə qanunsuz tikinti aparanlara dur deyə biləcəkmi?” – Ekspertdən ETİRAZ

“Səbirsizliklə gözləyirik görək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda baş verənlərə hansı qurum ağlabatan bir cavab verəcək? Qəribədir, YUNESKO-nun Ümumdünya mədəni irsi siyahısına düşmüş qala divarlarına bitişik restoran tikmək görəsən, kimin ağlına gəlib?”.

Cebhe.info xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sosial şəbəkə hesabında bildirib. 

O qeyd edib ki, prezident ölkədə innovasiyaların inkişafı ilə bağlı son zamanlarda bir neçə rəsmi sənədlər qəbul edib:

“İnnovasiyaların tətbiqi bütün qurumlara tapşırılıb, o cümlədən də Dövlət Qoruğuna. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu çağırışlara reaksiyası gərək fərqli olaydı. Biznes qurmaq istəyirsə, onu daha sivil formada, qoruğa, qala divarlarına ziyan vurmadan və hasarlamadan da, daha innovativ edə bilərdi.

Kimsə qanunsuz tikinti aparanlara dur deyə biləcəkmi? Hələ də bununla bağlı bir ağlabatan açıqlama olmayıb. Qoruq idarəsinin quru bir açıqlamasını gördüm və düşünürəm ki, ağlabatan, inandırıcı arqumentlər gətirilmir. Fikrimcə, ictimai rəyə bu qədər etinasızlıq, ictimai fikrə bu qədər sayğısızlıq yolverilməzdir”.

Hicranə İsmayılova
Cebhe.info


Oxunma sayı: 2426