hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

“Koçaryan Paşinyandan qisas almaq istəyir” - Sabiq prezident

“Koçaryan Paşinyandan qisas almaq istəyir” - Sabiq prezident

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın erkən parlament seçkilərində birgə iştirakdan imtina etməsi onun dövlətin maraqlarını deyil, baş nazir Nikol Paşinyandan qisas almağı rəhbər tutması deməkdir.

Cebhe.info xəbər verir ki, bunu ölkənin birinci prezidenti Levon Ter-Petrosyan Erməni Milli Konqresinin qurultayında çıxışı zamanı deyib.

Ter-Petrosyan qeyd edib ki, iki keçmiş prezident Serj Sarkisyan və Robert Koçaryana qarşıdakı seçkilərdə birgə iştirakla bağlı müraciətdə bir şərt var idi: keçmiş liderlərdən heç kim baş nazir vəzifəsinə namizəd olmamalıdır.

"Bir tərəfdən bu, Nikol Paşinyanın dirçəlməsinə mane olardı, digər tərəfdən Robert Koçaryanın hakimiyyətə qayıtmasının qarşısını alacaqdı. Belə olan halda baş nazir postunu ciddi təcrübəsi və idarəetmə bacarığı olan, texnokratlardan ibarət böhran hökuməti qurmağı bacaran şəxs tutardı. Koçaryanın təklifi rədd etməsi onun Paşinyandan intiqam almaq istəməsi deməkdir. Sarkisyana gəlincə, o, hakimiyyətə qayıtmaq istəmir, lakin partiyanın nümayəndələrini parlamentə gətirməyə çalışır".

Cebhe.info


Oxunma sayı: 1134