hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

“Kontakt Home” da kreditləri təxirə saldı: “Heç bir müştəriyə xəbərdarlıq göndərilməyəcək”

“Kontakt Home” da kreditləri təxirə saldı: “Heç bir müştəriyə xəbərdarlıq göndərilməyəcək”

Koronavirusla əlaqədar sərtləşdirilən karantin tədbirləri, “evdə qal” kampaniyası kirayədə yaşayan, gündəlik qazancdan müvəqqəti məhrum olan insanların kredit ödənişlərində də çətinlik yaradacaq.

Ekspertlər, millət vəkilləri məsələnin vətəndaşların xeyrinə həlli üçün çağırışlar edir.

Belə bir zamanda "İrşad Elektroniks" müştərilərin maddi vəziyyəti nəzərə alaraq, aprel ayı üçün ödənişləri təxirə salıb.

Cebhe.info kredit bazarında müəyyən paya sahib olan "Kontakt Home"la da əlaqə saxlayaraq bu təşəbbüsə qoşulub-qoşulmayacaqlarını öyrənib. Sorğumuz operator tərəfindən cavablandırılıb və belə bir qərarın olmadığı, müştərilərə individual olaraq kömək göstərildiyi qeyd edilib.

Xəbər yayıldıqdan sonra "Kontakt Home"un ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova Cebhe info-ya müraciət edərək şirkətin mövqeyini təqdim edib:

“Müştərilərimiz müraciət etdikləri halda onlara əvvəl də güzəşt edirdik, hətta mart ayında gecikmələrlə bağlı çoxlu sayda müraciət daxil olub və biz onların hamısını nəzərə almışıq. Aprel ayından etibarən isə "İrşad Elektoniks"də olduğu kimi bizdə də ödənişlər təxirə salınır. Yəni gecikmə olduğu halda heç bir müştəriyə xəbərdarlıq göndərilməyəcək. Mövcud halla əlaqədar maddi problemlərin ola biləcəyini bilirik və əlimizdən gələn köməki göstəririk".

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 31263