hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“Koronavirusa qarşı peyvəndlərin uşaqlara tətbiq olunması düşünülmür” – Hande Harmancı

“Koronavirusa qarşı peyvəndlərin uşaqlara tətbiq olunması düşünülmür” – Hande Harmancı

“Koronavirus əleyhinə peyvəndlər 16 yaşdan aşağı uşaqlarda sınaqdan keçirilməyib”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, hazırda peyvəndlərin uşaqlara tətbiq olunması düşünülmür: “Əgər bu yaş qruplarında sınaqlar həyata keçirilərsə, onların da peyvənd olunması mümkün ola bilər. Onların da yaşı artdıqca buna ehtiyac ola bilər. İndi koronavirus daha çox yuxarı yaşlarda olan insanlara təsir edir. Onlarda immunitet yarandıqca, xəstəlik daha geniş qruplara doğru gedə bilər. Onun üçün bu məsələni nəzərdə tutmaq lazımdır. Elm adamları bu məsələyə dair araşdırmalar aparırlar”. (apa)

Cebhe.info


Oxunma sayı: 1310